İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək və istehsalla məşğul olmaq istəyən şirkət və sahibkarların sayı artmaqdadır.
Artıq bu ərazilərdə yaradılan ilk istehsal klakterində – Ağdam Sənaye parkında rezidentlik alan – burada istehsal qurmaq barədə planları təsdiqlənmiş müəssisələrin sayı 12-yə çatıb. Bu şirkətlərdən biri də «Rail Trans Service» MMC-dir.
«Rail Trans Service» MMC-in Ağdamda inşa edəcəyi zavod onun ilk istehsal müəssisəsi olacaq. İndiyədək şirkət bu məhsulların ölkəyə idxalı ilə məşğul olub.
Müəssisənin təsisçisi və direktoru Vüsal İsmayılzadə əslən Ağdam rayonundandır. Azərbaycanda uzun müddət dəmiryol sahəsində böyük layihələrinin icrası ilə məşğul olub. Azərbaycanda və Rusiyada uzun müddətdir böyük layihələri icraçısıdır.
Bundan əlavə Vüsal İsmayılzadənin təsisçisi olduğu «Rail Trans Service» şirkəti Avstriyanın «Frauscher», Rusiyanın «Elteza», Belarusiyanın «Beltelekabel» şirkətlərinin Azərbaycanda rəsmi distribyutorudur.
Publika.az xəbər verir ki, şirkətin təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova Fed.az-a bildirir ki, «Rail Trans Service» MMC-nin rəhbərliyi Ağdamda belə müəssisə qurmaq barədə qərar verərkən, hələ rayonda Ağdam Sənaye parkının yaradılacağı məlum deyildi. Buna görə də artıq 2021-ci ildə bu barədə hökumətə müraciət ediblər: «Biz bu zavodun açılması üçün 2021-ci ilin əvvəlində ilk dəfə müraciət eləmişdik. Onda – 2021-in əvvəlində Sənaye Parkı yaradılması ilə bağlı plan hələ yox idi. Müharibə təzə bitmişdi, mina təmizləmə işləri gedirdi, Ağdamın özünü minalardan təmizləyirdilər. Yəni burada Sənaye Parkının olacağı bilinmirdi».
Şirkət Ağdam Sənaye parkında inşa edəcəyi zavodda dəmiryolu üçün istifadə olunan avtomatika və mexanika avadanlıqları qısa müddətdə istehsalına başlamağı planlaşdırır.
«Bura dəmiryolunda istifadə olunan işıqforlar və digər qurğular, stansiya avadanlıqları, postdaxili avadanlıqlar və sair avtomatika və telemexanika avadanlıqları aiddir»-deyə N.İbadova bildirir.
Nəzrin İbadova bildirib ki, 2016-cı ildə yaradılan «Rail Trans Service» MMC indiyədək bu tip avadanlıqları xaricdən, daha çox Rusiya olmaqla, Almaniya, İsveç və Türkiyədən idxal edib: «İndi isə istəyirik bu avadanlıqları hal-hazırda özümüz, öz məhsulumuz kimi Azərbaycan daxilində istehsal eləyək. Satışlar isə həm Azərbaycan daxilində, həm də ölkə xaricində olacaq.
Qeyd edək ki, Azərbaycanda vaxtilə idxal ilə məşğul olan sahibkarların bir hissəsi, sonradan həmin məhsulların istiehsalına başlayırlar – Nəzrin İbadova bildirir ki, «Rail Trans Service» MMC də də eyni vəziyyətdir: «Bizdə də elədir. Biz əvvəllər bu məhsulları idxal edib dəmiryoluna quraşdırırdıq. İndi isə istehsal edəcəyik».
Bunun üçün Ağdam Sənaye parkında «Rail Trans Service» MMC-yə 0,9 hektar sahə ayrılıb. Yeni yaradılan müəssisəyə ümumilikdə 5,7 milyon manat sərmayə yatırılacaq.
Bu vəsaitin böyük hissəsi layihələndirmə, tikinti və istehsal avadanlıqlarının, dəzgahların alınmasına xərclənəcək.
Burada quraşdırılacaq istehsal avadanlıqları xaricdən – Avropadan gətiriləcək. Müəssisədə 44 işçinin çalışacağı gözlənilir.
İstehsal edilən məhsullar və dəmiryolu avadanlıqları isə həm ölkə daxilində, həm də xaricdə satılacaq.
Qeyd edək ki, Azərbaycanda «Rail Trans Service» MMC-nin istehsal edəcəyi məhsulların əsas potensial alıcısını Azərbaycan Dəmiryolları olacağına ümid edir. Səbəb odur ki, ADY xarici qiymətlərə nisbətən daha ucuz və keyfiyytli məhsul almağa üstünlük verəcək.
«Qiymətlə bağlı xammal ilə əlaqədar öncədən proqnoz vermək çətindir. Bu günə qədər ən çox alınan (ADY tərəfindən –Fed.az) məhsullar MDB ölkələrinin, o cümlədən Rusiya və Belarusun məhsullarıdır. İndi də baş verən müharibəylə əlaqədar onlarda qiymətlər tez-tez dəyişir Bizim qiymətərin xaricdə, hətta MBD ölkələrindəki qiymətlərindən aşağı olacağı tam roqnozlaşdırılandır.».
Müəssisədə bildirirlər ki, artıq məhsulların hansı yollarda istifadə olunacağını da ilkin olaraq dəqiqləşdiriblər: Həcm olaraq ilk olaraq Bərdə-Ağdam nəzərə almışıq. Bərdə-Ağdam xətti Yevlaxdan ayrılan xətt olacaq. İkinci istiqamət Horadiz-Ağbənd dəmiryoludur, burada yol boyunca 9 stansiya var, onları da nəzərdə tutmuşuq. Bizim istehsalımız gələcəkdə ADY-nin bu tip avadanlıq üçün tələbatını bunların hamısını qarşılamağa qadirdir.
Müəssisənin qarşıdakı bir neçə ay ərzində işə düşməsi gözlənilir. Təqribən 3 ay layihələndirmə işlərinə daha sonra isə tikintiyə başlanacaq.
Şirkətin kollektivi və rəhbərliyi, həm rezidentliyin alınması, həm də Ağdamda, işğaldan azad edilən ərazilərdə zavod qurub istehsala başlayacaqlarına görə sevinc içindədirlər:
“Ali baş komandanımız İlham Əliyev cənablarının və qəhrəman hərbçilərimizin şücaəti sayəsində tarixi qələbə ilə işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenidən qurulması ilə əlaqədar yeni layihələrdə iştirak və icra etməkdən qürur duyurıq!”-deyə şirkət nümayəndəsi bildirib.