Son sutkada “Azəriqaz” İstehsalat Birliyi 38 milyon kubmetr təbii qaz qəbul edib.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-in Baş direktoru Ruslan Əliyev bu gün Birlikdə keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu da ötən ilki həcmlə müqayisədə eynidir.
“Qəbul edilən təbii qazın 29 milyon kubmetri əhali abonentlərə verilib. Digər həcmlər isə qeyri-əhali və sənaye üzrə verilib. Bu ilin dekabr ayı ötən ilin eyni dövrü ilə müayisədə daha xoş keçib. Son 23 gündə keçən ilin eyni dövrü ilə müqayisədə əhali üzrə 90 milyon kubmetr az qəbul etmişik. Ancaq qeyri-əhali üzrə ötən ilin dekabr ayına nisbətən 30 milyon artıq qaz qəbul etmişik”.
R. Əliyev bildirib ki, noyabr ayında qəbul ediən qazı daha fərqli olub: “Noyabrda əhali üzrə ötən ilə nisbətən 170 milyon kubmetr artıq qaz qəbul edilib”.