image-29backend

Sahib Ələkbərov: “Qarabağda sahibkarlara güzəştlərlə bağlı təkliflər hazırlanır”

image-reklam_sirab_01

“Gələn ildən başlayaraq işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək”.

Vətəninfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.

Xatırladaq ki, ölkə prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-itisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının 2.1-ci bəndində nəzərdə tutulmuş, hazırda son müzakirələr mərhələsində olan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strateqiyası”nda iqtisadıyyatın şaxələnməsinə və investisiyaların cəlb olunmasına vergi siyasətinin effektiv dəstəyinin təmin edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:

– İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün vergi təşviqlərinin tətbiq olunması;

– Yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun olaraq mənfəət vergisinə güzəştlərin verilməsi;

– Turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi və s.

“İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin böyük bir hissəsinin investisiya təşviqi sənədi ala biləcəyini nəzərə alaraq, onlar üçün qanunverilicikdə nəzərdə tutulmuş vergi güzəştlərini xatırlatmaq istərdim. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldığı tarixdən 7 il müddətinə aşağıdakı vergiləri və rüsumları ödəməkdən azaddırlar.

– Hüquqi şəxslər və fərdi sahibkarlar əldə etdikləri mənfəətin (gəlirin) 50 faizinə görə mənfəət (gəlir) vergisi

– Müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlaklarına görə əmlak vergisi;

-Mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki