image-20backend

Sahil Babayev: “Aktiv məşğul şəxslərin ən azı yarısını işlə təmin etməyi hədəfləmişik”

image-reklam_sirab_01

“Gələn il üçün gənclərin əmək bazarına daxil olması üçün dəstək tədbirləri görülməlidir”.

Vətəninfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, qadın və kişilərin əmək haqları arasındakı fərq azalmağa başlasa da, yenə də fərq qalır: “Ona görə də bu məsələ həllini tapmalıdır: “Qadınların məşğulluq xidmətləri ilə əhatə olunması artırılmalıdır. Əsas hədəfimiz ölkədə yeni məşğulluq konsepsiyasının hazırlanmasıdır. Fərdi məşğulluq planı tərtib edilərək işsiz şəxslərin işlə təminatına önəm veriləcək. Artıq bu mexanizmlərin icrasına başlanılıb. Aktiv məşğul şəxslərin ən azı yarısını işlə təmin etməyi hədəfləmişik və aidiyyəti qurumlarla bu sahədə birgə çalışırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki