image-9backend

Sahil Babayev: “Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək”

image-reklam_sirab_01

“Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək. Bu günlərdə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ISO beynəlxalq sertifikatı aldı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi oldu. Artıq yeni ildə bu standart üzrə peşə hazırlığı təşkil ediləcək. Bu da əmək bazarına daha ixtisaslı işçi qüvvəsi gətirməyə imkan verəcək”.

Vətəninfo.az  xəbər verir ki, bu fikirlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəsmi mətbuatda dərc olunan məqaləsində yer alıb.

“Əsas prioritetlərdən biri həm məşğulluq xidmətlərinin keyfiyyətinin, həm də əhatə dairəsinin genişləndirilməsidir. Vətəndaşların daha çox aktiv dəstək proqramları ilə əhatə olunması, əmək bazarına çıxş imkanlarının artırılmasıdır”, – nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki