“Azərbaycanda əmək pensiyası alanların əksəriyyəti SSRİ dövründə çalışanlardır. Onlar həmin dövrdə sosial sığorta haqqı ödəməyiblər”.
Veteninfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin orta hesabla 18 il əmək stajı var və həmin öhdəliklər dövlət büdcəsinin hesabına ödənilir.