image-269599462_2717330308413553_6072575870793536407_n-copy-copy-2-copy-copybackend

Şahin Seyidzadə Qobustan rayonu Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirib.

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunun Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirib.

 

Dekabr ayının 21-də Çuxanlı, Təklə və Çalov kəndlərindən olan vətəndaşların iştirakı ilə keçirilmiş qəbulda infrastruktur, məşğulluq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilmişdir.

 

Qəbul zamanı Millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa

zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı

barədə məlumat vermişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki