image-news_20221119120021backend

Şam işığına isinən Avropa – VİDEO

image-reklam_sirab_01
Almaniyada evləri və məktəbləri odunla qızdırmağa başlayıblar

Spot qaz bazarındakı qiymətlərdən belə görünür ki, Almaniya sakinləri üçün qazsız soyuq qışa hazırlıq üzrə keçirilən təlimlər, edilən xəbərdarlıqlar nəticə verib.

Noyabrın 18-də Niderlanddakı TTF habında təbii qazın min kubmetrinin qiyməti 1227 dollar olub. Bu, sentyabr ayındakı qiymətdən 2,5 dəfə aşağıdır. Sentyabrda habda qiymət kəskin artaraq 3024 dollara qalxmışdı. Bu, 2021-ci ilin sonlarında və 2022-ci ilin birinci yarısında bircada müşahidə olunan qiymətlərdən 3-4 dəfə yüksək idi.

Səbəb Rusiyadan Almaniyaya gələn təbii qazın tam dayandırılması ilə bağlı idi. Əhali, xidmət sektoru və istehal sahələri xəbəri böyük narahatlıqla qarşılamışdı. Səbəb aydın idi. Rusiya qazı əvvəlki illərdə Almaniya bazarında 55 faiz paya malik idi. 2021-ci ildə Almaniya Rusiyadan 46 milyard kubmetr təbii qaz alıb. Yəni Almaniya energetika bazarı birdən-birə ciddi kəsirlə üz-üzə qaldı.

Təbii ki, rəsmi dairələr əhali sakitləşdirmək üçün müəyyən vədlər verdi – Norveçdən təbii qaz idxalının artırılacağı, Almaniya sahillərində bir neçə yeni üzən maye qaz terminalı istifadəyə veriləcəyi bildirildi.

Amma hökumət əhaliyə və biznes dairələrinə müəyyən xəbərdarlıqlar etməyi də unutmadı. Məsələn, bildirildi ki, sentyabr ayından ictimai obyektlərə isti su verilməsi dayandırılacaq. Qapalı məkanlarda – evlərdə, xidmət sektorunda və iş yerlərində havanın temperaturu 19 dərəcədən artıq olmaması tövsiyyə edildi. Həmçinin dəhlizlərin və foyelərin isidilməsi, evlərin çöl divarlarının işıqlandırılması qadağan edildi.

Enerji qıtlığının qarşısını almaq üçün nəqliyyatın iş qrafikinə də dəyişikliklər edildi. Dəmir yollarında birinci keçid hüququ sərnişin qatarlarına deyil, neft və kömür daşıyan yük qatarlarına verildi.

Təbii ki, əhali və ictimai təşkilatlar görülən bu tədbirlərin ən yaxşı halda 2023-cü ildə nəticə verəcəyini anladıqlarından qışdan sağ çıxmaq üçün alternativ yollar aramağa başladılar.

Bu məsələdə sosial şəbəkələrin xüsusi rol oynayır. Məsələn, istifadəçilərə evi isitmədən, elektrik olmadan soyuq qışı necə keçirməklə bağlı sosial reklam təqdim edilib. Həmin sosial reklama görə, soyuq evdə yalnız qalan yaşlı qadın əvvəlcə palto geyinir. Sonra pəncərələri folqa ilə örtür ki, şüşələr evi soyutmasın. Daha sonra masanın üstündə bir neçə şamı düzərək soba düzəldir. Bu sobanın düzəldilməsində metal sinidən və saxsı gül dibçəyindən istifadə edir. Daha sonra evinə qonşuları dəvət edir və bir yerdə yorğana bürünüb otururlar. Təbii ki, kiçik otaqda daha çox adam olanda soyuq hiss edilmir.

Lakin insanlar soyuq qışı yola vermək üçün daha praktik yollara əl atırlar. Məsələn, geyim və ev əşyaları satan internet-mağaza «Baur»un məlumatına görə, keçən illə müqayisdə qrelka satışı 165 faiz və elektrikli yorğan satışı isə 220 faiz artıb. Bu, isidilməyən evlərdə üşümdən yatmaq üçün vacib elementlərdir.

İnsanlar evlərini odunla qızdırmağa başlayıblar. Bunun üçün on illərlə yada düşməyən divar sobalarından və buxarılardan istifadə etməyə başlayıblar. Evlərin temperaturunu isə 18 dərəcədən artıq etmirlər və evdə qalın geyinməyə üstünlük verirlər.

Almaniyada bir çox məktəblərin qızdırılmasında da odundan istifadə edilir. Ştadtberq şəhərində isə bir qədər də irəli gediblər və istixana sobasında ağac yonqarı yandırmağı qərara alıblar. Mebel sənayesinin tullantısı sayılan yonqarlar daha ucuz başa gəlir.

Elektrik istehsalında müşahidə edilən qıtlıq yalnız təbii qaz çatışmazlığı ilə bağlı deyil. Almaniyada digər Avropa ölkələri kimi karbohihrogenlərlə yanaşı atom energetikasından da imtina ediblər və bir çox ataom elektrik stansiyaları işləmir. Səbəb kimi ekoloci vəziyyət göstərilir.

Halbuki, odundan və kömürdən istifadə atmosferə atılan karbon qazını daha da artırır və ekoloci vəziyyəti ağırlaşdırır. Lakin bu, hələ son deyil, qışın gəlməsi ilə vəzəyyətin daha da ağırlaşacığı gözlənilir. Onda Almaniya şəhərlərində nəinki odun, hətta kömürdən istifadə halları artacaq. Bu isə Avropanın ən inkişaflı iqtisadiyyat ölkəsini üçüncü dünya ölkələrinə bənzədəcək. Onda Avropa bir çox baxışlarına, o cümlədən, alternativ enerciyə tələm-tələsik keçidlə bağlı yürüdülən energetika siyasətinə yenidən baxmalı olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki