image-reklam-veteninfo
image-1backend

Şamaxıda daha bir zəlzələ oldu – Bakıda da hiss edildi – Yenilənib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar.

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki