image-reklam-veteninfo
image-1backend

SEPAH daha bir ABŞ dronunu vurub 

image-reklam-veteninfo

Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-1 Predator kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bununla bağlı, IRNA xəbər agentliyi məlumat yayıb.

Vətəninfo.az xəbər verir ki, dron SEPAH tərəfindən idarə olunan yeni hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.

Agentliyin iddiasına görə, MQ-1 bir neçə il əvvəl ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri tərəfindən istismardan çıxarılmış və daha müasir MQ-9 Reaper ilə əvəz edilmişdi. Qeyd olunub ki, ABŞ MQ-9-ların itirilməsi səbəbindən yenidən MQ-1-lərdən istifadə etməyə başlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki