Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ölkənin Antikorrupsiya Komitəsinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
S.Sarkisyan binaya daxil olmazdan əvvəl jurnalislətə açıqlamasında Komitəyə hansı səbəbdən çağırıldığını bilmədiyini deyib.
Xatırladaq ki, bu gün Ermənistanın digər sabiq prezidenti Robert Koçaryan Antikorrupsiya Komitəsinə çağırılıb. Daha sonradan Koçaryan və böyük oğlu Sedrak saxlanılıb.


























