image-4444backend

Sinan Oğan Ərdoğanı dəstəkləyir -Türkiyə nəşrindən İDDİA

image-reklam_sirab_01

“Türkiyənin “Ata” blokundan prezidentliyə keçmiş namizədi Sinan Oğan bazar ertəsi prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq” – Vətəninfo.az xəbər verir ki, bu iddia ilə  “Hürriyet” qəzeti çıxış edib.

“Alınan məlumata görə, Sinan Oğan bu gün prezident Ərdoğanı seçkilərin ikinci turunda dəstəkləyəcəyini açıqlayacaq. O, Kılıçdaroğlunu terror təşkilatlarını dəstəklədiyi üçün dəstəkləməyəcəyini açıqlayacaq”, – hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi yazır.

Onun sözlərinə görə, Oğan prezident Ərdoğanla müzakirə etdiyi məqamları bazar ertəsi dərc edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki