image-rrrbackend

Sivas Cümhuriyyət Universitetində Şəhid və qazi ailələrinin övladları ilə görüş oldu.

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil almaq üçün 27 sentyabr 2021-ci il tarixində qardaş Türkiyəyə yola salınan Şəhid və qazi ailələrinin övladlarını Universitetin Rektoru Prof. Alim Yıldız qəbul edib, onlara qardaş torpaqlara gəldiklərinə görə xoş gəldin deyib, təhsildə uğurlar arzulayıb və bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə acil şəfalar diləyib.
“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması adından qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə verdiyinə, eyni zamanda Qarabağ Zəfər savaşında Şəhid və qazi olmuş ailələrin övladlarına əl uzadıb dəstəklərini əsirgəmədikləri üçün Rektor cənab prof. Alim Yıldıza və universitet kollektivinə dərin təşəkkür edir, çox sağ olun deyirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki