image-290-terane-qehremanovabackend

“Siyasi partiyalar haqqında” yeni özunu diqqət çəkən məqamları

image-reklam_sirab_01

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti. Artıq quvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl -1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə muraciət etmişlər.
“Siyasi partiyalar haqqında” Qanun lahiyəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib.
Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüququ tənzimlənməsi barədə vəziyyət (233 tövsiyyə onlardan 132-si sırf siyasi partiyaların statusuna aiddir) Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi” Ukraynanın Siyasi partiyalar haqqında Qanunun layihəsinə dair birgə rəy.
47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif.
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağdakılar təmin edilib. Qanun lahiyəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara muraciət olunub. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri hökümət təşkilatlarının, politoloqların media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyyəsindən 112-si Qanun lahiyəsində nəzərə alınıb.
“Siyasi partiyalar haqqında” yeni özunu diqqət çəkən məqamları.
Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla muəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət orqanlarının yerli özünü idarə etmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Siyasi partiyanın dövlət qeydiyyatı fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apelyasiya məhkəməsi tərəfindən baxılır. Siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəalliyyətinə yol verilmir. Azərbaycan Respublikası konstitusiya quruluşunun zorla dəyişdirilməsi ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi, kütləvi iğtişaşlara terrorçuluğa açıq çağırışlar edilməsi. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

Qəhrəmanova Təranə
Suraxanı rayonu S.Abdullayev adına 290 № tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki