image-reklam-veteninfo
image-nato-veteninfobackend

Regional güc mərkəzi: ABŞ Ankaranı necə görür?

image-reklam-veteninfo

Ankara NATO zirvəsinin nəticələri, ABŞ-Türkiyə münasibətləri və ABŞ-İran arasında son vəziyyəti Vətəninfo.az-a şərh edən siyasi ekspert Arzuman Muradlı bildirib ki, Ankarada keçirilən NATO zirvəsi, beynəlxalq münasibətlər sistemində ABŞ-ın yeni yanaşma tərzini və müttəfiqlik münasibətlərinin yenidən formatlaşdırıldığını aydın şəkildə nümayiş etdirdi.

image-arzuman_muradli-yeni_foto_-2

Ekspert qeyd edib ki,alyansın gələcəyi ilə bağlı Donald Trampın yanaşması “qurumsal bağlılıqdan” çox “nəticəyönümlü” xarakter daşıyır: “Ankara zirvəsi göstərdi ki, Tramp alyans daxilindəki digər ölkələrə qarşı olduqca tələbkardır, lakin Türkiyə kimi strateji tərəfdaşlarla “gücə əsaslanan birliyi” hədəfləyir. O, NATO-nu sadəcə kollektiv təhlükəsizlik şemsiyəsi kimi deyil, ABŞ-ın maraqlarına xidmət edən çevik bir mexanizm kimi görür. Zirvənin yekunları, NATO-nun “kağız pələng” yox, daha çox hərbi-iqtisadi tərəfdaşlıq platformasına çevrilməsi prosesinin başladığını göstərir”. Arzuman Muradlı Türkiyə-ABŞ Münasibətlərinə də toxunub və bunu tərəflərin verdiyi mesajlara baxdıqda iki ölkə arasında  “yeni bahar” olaraq adlandırıb. Ekspertin sözlərinə görə,Ankara zirvəsinin ən diqqətçəkən məqamı, şübhəsiz ki, Türkiyə-ABŞ münasibətlərindəki yumşalma olub: “ Prezident Trampın Türkiyəni “bir çox digər ölkələrdən daha sadiq tərəfdaş” adlandırması və sanksiyaların ləğvi, habelə F-35 qırıcılarının satışına dair müzakirələrin yenidən canlanması, Vaşinqtonun regional siyasətdə Ankaranın rolunu nəhayət ki, lazımınca dəyərləndirdiyini göstərir. Bu, iki ölkə arasında ənənəvi etimad böhranının geridə qaldığına və pragmatizmin ön plana çıxdığına dair bir mesajdır. Türkiyənin regional güc mərkəzi kimi qəbul edilməsi, ABŞ-ın Yaxın Şərq strategiyasında Ankaranı əsas dayaq nöqtəsi kimi gördüyünü təsdiqləyir”. Arzuman Muradlı sammitin getdiyi bir ərəfədə ABŞ-İran arasında baş verən qarşıdurma və tərəflərin bir birinə zərbələr endirməsinə gəlincə isə vurğulayıb ki, Trampın İranla bağlı sammitdə səsləndirdiyi fikirlər və atəşkəsin “bitdiyini” bəyan etməsi, bölgədəki tarazlıqları yenidən dəyişir. Trampın İran rəhbərliyinə qarşı istifadə etdiyi kəskin ifadələr və “diplomatiyaya inamın qalmaması” mesajı, Vaşinqtonun Tehranla “nəticəsiz danışıqlar” dövrünü sona çatdırdığını göstərir. Bu, İranın nüvə proqramı və regional təsiri qarşısında ABŞ-ın hərbi və diplomatik təzyiq alətlərini daha aktiv şəkildə istifadə edəcəyinin anonsudur. Tramp üçün İranla münasibət artıq danışıqlar predmeti deyil, birbaşa təhlükəsizlik və “kənarlaşdırma” məsələsidir”. Siyasi Ekspert sonda onu da vurğulayıb ki, Ankara zirvəsi Trampın xarici siyasətinin mahiyyətini ortaya qoyur.Tramp sadiq tərəfdaşları mükafatlandıran, lakin rəqiblərinə  qarşı heç bir güzəştə getməyən, qətiyyətli və tələbkar bir yanaşma sərgiləyir: “Türkiyə bu yeni düzəndə ABŞ üçün mühüm əhəmiyyətə malik strateji tərəfdaşa çevrilərkən, İranın izolyasiyası və ona qarşı təzyiqlərin güclənməsi qaçılmaz görünür”.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki