Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,98 ABŞ dolları və ya 3,63 % azalaraq 79,09 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 75,39 ABŞ dolları təşkil edib.


























