Vətəninfo.az xəbər verir ki, Tehran ABŞ-nin hədələri səbəbindən Vaşinqtonla yekun tənzimləmə barədə danışıqları dayandırıb.
“ABŞ prezidenti Donald Trampın İran xalqına qarşı birbaşa hədələri və Vaşinqtonun öz öhdəliklərini dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun sazişin imzalanmasına dair danışıqları dayandırıb”, – deyə TASS-ın həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, ABŞ-nin İrana qarşı hər hansı hərbi təcavüzü əvvəlkindən daha genişmiqyaslı və qətiyyətli cavabla qarşılanacaq:
“Öz öhdəliklərini pozmaqda davam edən ABŞ İranın cənub adalarına hücum edib. Bu təcavüz, İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulmasıdır. Buna cavab olaraq İran ABŞ-nin regiondakı mövqelərinə genişmiqyaslı cavab zərbələri endirib. Tehran Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, bundan sonra atılacaq isrənilən hərbi addım daha sərt və genişmiqyaslı cavab tədbirləri ilə qarşılanacaq”.


























