image-reklam-veteninfo
image-1backend

Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat

image-reklam-veteninfo

Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru İsayev Vüqar Ürfət oğluna məxsus obyektin istismarına icazə verib.

Vətəninfo.az xəbər verir ki, tikinti sahəsi 120,9 kvadratmetr olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, giriş 37 ünvanında yerləşən obyekt 1 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN obyektə 24 iyun 2026-cı il tarixli 13210 nömrəli istismara hazırlıq rəyi verib.

Onu da bildirək ki, obyektin layihəçisi “NKT-Bərpa” MMC (VÖEN – 1303487311) olub. Cəmi 5 manat nizamnamə kapitalı olan “NKT-Bərpa” MMC-nin qanuni təmsilçisi isə Vüqar İsayevin qardaşı İsayev Eldar Ürfət oğludur.
“NKT-Bərpa” MMC uzun illər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub.

Məlumat üçün qeyd edək ki, Vüqar İsayev 2018-ci ildə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna direktor təyin olunub. Vüqar İsayev bu vəzifədən əvvəl Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Vüqar İsayev qoruğa direktor təyin olunduqdan qısa müddət sonra qardaşının rəhbərlik etdiyi “NKT-Bərpa” MMC Dövlət Xidməti ilə çoxsaylı satınalma müqavilələri imzalayıb. Məsələn, 2019-cu ildə Dövlət Xidməti tender müsabiqəsi keçirmədən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması məqsədilə “NKT-Bərpa” MMC ilə 296 min manat dəyərində müqavilə imzalayıb.

2019-cu ildən sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC-yə ümumilikdə 1 milyon 600 min manatdan çox vəsait ödəyib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər

Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib. 2024-cü ilin iyun ayında Zakir Sultanov azadlığa buraxılıb.Yeniavaz.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki