image-reklam-veteninfo
image-1backend

Britaniya polisi: “ İranla əlaqəli onlarla sui-qəsd planının qarşısı alınıb” 

image-reklam-veteninfo

Britaniyanın Terrorla Mübarizə Polisi 2025-ci ildən bəri İranla əlaqəli olan 20-dən çox sui-qəsd planı və digər təhlükəsizlik təhdidinin qarşısının alındığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Londonun Nyu Şotlandiya Yardında keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, dayandırılan fəaliyyətlər arasında sui-qəsd planları, adam oğurluğu cəhdləri, fiziki təhdidlər və proksi qruplardan istifadə halları yer alıb.

Polis rəsmilərinin sözlərinə görə, Terrorla Mübarizə Polisi və Britaniyanın Daxili Təhlükəsizlik Xidməti (MI5) hazırda fəaliyyətinin mühüm hissəsini düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizəyə yönəldib.

Konfransda Rusiya, Çin və İran Britaniyanın milli təhlükəsizliyi üçün əsas xarici təhdidlər sırasında göstərilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki