image-reklam-veteninfo
image-qbackend

Türkiyə Avroparlamentin qəbul etdiyi qətnaməni pisləyib

image-reklam-veteninfo

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməni pisləyib.

Avropa Parlamenti (AP) Türkiyəyə qarşı qərəzli bəyanatlar və əsassız qiymətləndirmələr ehtiva edən daha bir qətnamə qəbul edib və Ankara bunu qətiyyətlə rədd edib.

Bu dəfə qətnamə Türkiyə ordusuna aid olub və Ankara tərəfindən pislənib. “Avropa Parlamenti (AP) tərəfindən qəbul edilən və Türkiyə Silahlı Qüvvələrinə qarşı əsassız və absurd ittihamları ehtiva edən qətnamə dəyərsizdir. Biz Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatını tam dəstəkləyirik”, – deyə bəyanatda bildirilir.

Nazirlik qeyd edib ki, böhtan xarakterli bəyanatlar ehtiva edən qətnamə Avropa İttifaqının (Aİ), xüsusən də Avropa Parlamentinin müəyyən dairələrin təsiri altında Kipr məsələsinə qarşı qərəzli və təhrif olunmuş yanaşmasını əks etdirir. Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, “Aİ institutlarının tarixi reallıqlardan və Kipr məsələsində qərəzsizlik prinsipindən getdikcə uzaqlaşması bizi narahat edir”.

Xatırladaq ki, Avropa Parlamenti müntəzəm olaraq Türkiyə Silahlı Qüvvələrinin Kiprdən çıxarılmasını tələb edən qətnamələr qəbul edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki