image-11backend

Slovakiya da Ukraynadan taxıl idxalını yasaqlayır

image-reklam_sirab_01

Slovakiya Ukraynadan taxıl idxalını qadağan edən daha bir Avropa ölkəsi olacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə müvəqqəti məhdudlaşdırıcı tədbirləri baş nazir Eduard Heger feysbuk səhifəsində elan edib.

Qeyd edək ki, bundan əvvəl Polşa və Macarıstan rəsmi olaraq Ukrayna taxılının idxalına qadağa qoyublar – bununla da Ukraynadan gələn dempinq qiymətindən narazı olan yerli fermerlərin etirazlarına cavab verilib.

Həmçinin Bolqarıstandan da oxşar addımın atılacağı barədə anons verilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki