image-8b5e38f7-eeea-3cd1-b250-5102d7fdbf16_850backend

Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə Veteninfo.az-a nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Parkın rezidentlərinin sayı 26-ya çatıb.

Yeni rezident Parkda – 1,5 ha ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki