image-reklam-veteninfo
image-1backend

Suqovuşanda mina partlayıb

image-reklam-veteninfo

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən verilən məlumata görə, Ağdərə rayonunun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, məlumatda deyilir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 421 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki