image-reklam-veteninfo
image-1backend

Tanınmış jurnalist İmdad Əlizadə Ölkə.az saytının baş redaktoru vəzifəsinə təyin olunub

image-reklam-veteninfo

O, vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, İmdad Əli oğlu Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. 1987-ci ildən Oğuldərə kənd orta məktəbində oxuyub, 1992-ci ilin mayında Laçın rayonu işğal olunanda didərgin düşüb, təhsilini Bakıdakı 265 nömrəli orta məktəbdə davam etdirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində psixologiya ixtisası üzrə bakalavr, hüquq psixologiyası ixtisası üzrə magistr təhsili alıb, həmçinin hüquq psixologiyası ixtisası üzrə doktoranturanı bitirib. 2004-2005-ci illərdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
İmdad Əlizadə “İntibah” qəzetinin müxbiri, “Həftə içi” qəzetinin müxbiri, siyasət şöbəsinin redaktoru, “Trend” İnformasiya Agentliyinin parlament müxbiri, Mediaforum.az xəbər portalının parlament müxbiri, siyasət şöbəsinin müdiri, “Report” İnformasiya Agentliyinin redaktoru, “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru, Yenisabah.az saytının baş redaktoru vəzifələrində çalışıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki