image-00backend

Tarixlə zəngin, çoxsayl abidələrin məskəni olan Kırıkkale- FOTOLAR

image-reklam_sirab_01

Bu gün dünya turizminin mərkəzinə çevrilən qardaş Türkiyədə də məhz turistlər qədim yaşayış məskənlərini ziyarət edir. Bunun müxtəlif səbəbləri var. Türkliyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərəinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Türkiyənin kəşf edilməmiş cənnətlərindən biri də Kırıkkaledir.

image-kirikkale-city-in-night-turkey

Türkiyənin Kırıkkale bölgəsinin mərkəzi olan bu şəhər Ankaradan 80 kilometr şərqdə yerləşir . Yaxınlıqdan Qızılırmaq çayı axır .

Kırıkkale qəsəbəsi 1929-cu ildə burada silah fabriki fəaliyyətə başlayanda üç minə yaxın adam yaşayırdı.

1941-ci ildə Kırıkkale bələdiyyə statusu aldı. 1950-ci illərdə iri metallurgiya zavodlarının, eləcə də 1960-cı illərdə kimya zavodlarının tikintisi ilə əlaqədar əhalinin sayında xeyli artım baş verdi. Bu gün şəhərdə və onun ətrafında 200 minə yaxın insan yaşayır. Bu gün bu şəhər turistlərin ən sevimli məkanlarından biridir. Maraqlıdır ki, bu şəhərə turist axının əsl səbəbi tarix abidələrlə yanaşı, dadlı ləziz təamların burada hazırlanmasıdır. Çoxsaylı tarixi abidlər içərisində Sulu mağaranın öz tarixi əhəmiyyəti var.

image-13

Türkiyənin gizli xəzinəsi olan mağara Kırıkkalenin Keskin rayonunda yerləşir… Yeraltı şəhər kimi istifadə edilən mağara; 3 mərtəbədən ibarətdir və uzunluğu 285 metrdir.

Sulu mağarası qədim xristianlıq dövründən bu günə qədər tarixə işıq salır. Mağaranın Bizans İmperiyası dövründə yaşayış yeri olduğu təxmin edilir.

Ceritcale məzar daşı

image-11

Sulu mağarasının düz yaxınlığında,  şəhər mərkəzindən 9 km aralıda yerləşir. Bu tarixi ərazinin Dəmir dövrünə aid olduğu təxmin edilir.

Çeşnigir körpüsü

image-12

13-cü əsrdə tikilmiş Səlcuqlu əsəri olan körpü, Kırıkkalenin Qarakeçili rayonundadır… Kəsik daşdan tikilmiş körpü 1516-cı ildə Yavuz Sultan Səlimin Misir səfərinə gedərkən ordusunun keçidi üçün istifadə edilib.

Həsən dədə məscidi və türbəsi

image-22

Həsən dədə məscidi və türbəsi  Kırıkkale, şəhər mərkəzindən 12 km uzaqda Həsəndədə qəsəbəsindədir. Məscid və türbə yan-yanadır. Məscidin minarə tərəfində iki məqbərə var. Birinci türbə Həsəndədəyə, ikinci türbə isə oğulları Şeyx Xəlil İbrahim, Şeyx Mustafa və qızı Ümmühan Ananın ortaq məzarıdır.

Həsəndədə məscidi 1605-ci ildə tikilib. Kvadrat planlı, yonma daşı və qalın divarları var. Giriş qapısının hər tərəfində şərq və qərb istiqamətində iki pəncərə var. Şimal fasadının ortasında daş tıxaclı və alçaq tağlı giriş qapısı var. Bədəni kərpicdən olan minarə yonma daşdandır.

Balli məscidi

image-33

Balli məscidi  Kırıkkale şəhər mərkəzindən 21 km məsafədə Balışeyh rayon mərkəzində yerləşir. 12-ci əsrdə 1121-ci ildə tikildiyi təxmin edilən binanın kim tərəfindən tikildiyi məlum deyil. Məscidin tavanındakı ağac işləri diqqəti cəlb edir.

Memarlıq baxımından onun Səlcuqlular tərəfindən tikildiyi təxmin edilir. Dördbucaqlı planlı məscidin tək eyvanlı minarəsi var.

Silah sənayesi muzeyi

image-44

Kırıkkale Silah Fabrikinin tərkibində qurulan muzey 1990-cı ildə ziyarətçilərin istifadəsinə verilib. Müxtəlif dövrlərə aid 300-ə yaxın silahın toplandığı muzey şəhərin mərkəzində yerləşir.

Bundan əlavə, İstanbul Tophanesində tapılan bir çox əsər də burada sərgilənir.

Qoçubaba məscidi və türbəsi  

image-55

Balışeyh rayonunda yerləşən türbə Bektaşi şeyxi Qoçu Babaya məxsusdur. XV əsrdə tikilmiş bu türbə dəfələrlə təmir olunub. Yerli əhalinin və xaricdən gələnlərin çox getdiyi yerdir. Türbənin yanındakı məscidi Qoçu Baba tikdirdiyi deyilir.

1618-ci ildə Qoçu Baba məscidini və türbəsini ziyarət edən Övliya Çələbi “Bu kənddə Qoçu Baba ziyarətgahı var. Bu şəxs Bəktaşi xəlifələrindəndir. “Türkmən yaylağında bu ataya çox inanırlar”.- deyə qeyd edilib.

Bir sözlə Kırıkkaledə çoxsaylı tarixi və mədəni abidlər mövcuddur. Yolunuz Türkiyəyə düşsə tarixlə baş- başa qalmaq üçün bu bölgəyə səfər edin.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki