“Təhsil naziri Emin Əmrullayevə hücumları təsadüfi saymıram, gözlənilən idi ”.
Bu sözləri Gundem.az saytının baş redaktoru və tanınmış sosial media mütəxəssisi Emil Məmmədov öz facebook səhifəsində yazıb.
Onun fikirlərini təqdim edirik:
“Cəmi 2 gün əvvəl Təhsil Nazirliyi ilə bağlı dövlət səviyyəsində 3 çoxdan gözlənilən və əhəmiyyətli qərar qəbul olunmuşdu:
1. İcra hakimiyyətləri məktəblər üzərində təsir mexanizmlərini itirdi;
2. İcra hakimiyyətləri uşaq bağçaları üzərində
nəzarətini itirdi;
3. Təhsil Nazirliyinin regional idarələri Azərbaycanın yeni yaradılan iqtisadi-inzibati bölgüsünə əsasən formalaşdı.
Yəni ən az 3 sahədə “5-ci kalon”a yaxınlığı ilə seçilən icra hakimiyyəti sistemi Prezidentin səmərəli islahatlarına uduzdu. Nəticə isə özünü çox yubatmadı. “5-ci kolon” Emin Əmrullayevə qarşı hücuma keçdi. Emin Əmrullayevin əslində hər kəs tərəfindən rəğbətlə qarşılanan canlı video müsahibəsindəki 1 cümlə kontekstdən çıxardılaraq ictimai rəydə çaşqınlıq yaradıldı.
Bu bir daha onu sübut edir ki, “5-ci kalon” ölməyib, hələ pusquda revanşizm arzusundadır”.