image-640ee8e35b7adbackend

“TOGG”-un satış prosesi başlayır

image-reklam_sirab_01

Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”-un satış prosesi başlayır.

Vətəninfo.az xəbər verir ki,  Türkiyənin Sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır “TOGG”-un bu həftə satışa çıxarılacağını açıqlayıb.

Kacır “”TOGG” dünyanın ən uğurlu elektrikli avtomobil markalarından biridir və bir çox texnologiya təşəbbüslərinin doğulmasına vəsilə olacaq” ifadələrdən istifadə edib.

“TOGG”-un satışa çıxarılan ilk modeli C seqmentli SUV avtomobili olacaq.

“TOGG”un siyahı qiyməti tezliklə ictimaiyyətlə paylaşılacaq.

Oktyabrın 29-da “TOGG”-un Bursa Gemlikdəki istehsal bazasında kütləvi istehsala başlanılıb. İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. Məqsəd 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki