ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi kimi təsvir edildiyi xəritə paylaşımı edib.
Tramp sentyabrın 6-da özünün “Truth Social” hesabında sözügedən xəritəni yayımlayıb.
Paylaşımda regionun xəritəsinin bir hissəsi əks olunub. Hörmüz boğazı isə dairə ilə işarələnərək ayrıca vurğulanıb.
Xəritənin üzərində “ABŞ-ın yeni ərazisi” ifadəsi yer alıb.
Trampın bu paylaşımı sosial mediada diqqət çəkib.


























