image-reklam-veteninfo
image-zpxtbhe4dgpf95sdbackend

Trampdan Kanadaya sərt mesaj: “Onlar fırıldaqçıdır”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət münasibətlərini kəskin tənqid edib və ABŞ-la biznes əlaqələri olan Kanada şirkətlərini ölkəyə köçməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşım edərək ABŞ-la işgüzar münasibətlər quran bütün Kanada şirkətlərinin dərhal ABŞ-a köçməsinə imkan verilməsini təklif edib.

ABŞ liderinin sözlərinə görə, bu şirkətlərin bir çoxu illər əvvəl “axmaq Amerika rəhbərliyi”nin siyasəti səbəbindən ABŞ-ı tərk edib. Tramp bildirib ki, həmin şirkətlər ABŞ-a qayıtdıqları təqdirdə tariflərlə üzləşməyəcəklər.

Tramp digər paylaşımında Kanada ilə mövcud ticarət və iqtisadi münasibətləri də tənqid edib.

“Kanada ən çox sui-istifadə edən ölkələrdən biridir. Mən Kanada avtomobillərini, Kanada ehtiyat hissələrini, Kanadadan heç nə istəmirəm. Onlar bizi on illərdir aldadıblar. Və bu, dayanacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət münasibətlərində son dövrdə gərginlik artıb. ABŞ ticarət danışıqlarının nümayəndəsi Ceymison Qrin avqustun əvvəlində Ottavanın Vaşinqton tərəfindən təklif olunan ikitərəfli ticarət razılaşmasından imtina etdiyini açıqlamışdı.

Bunun ardınca Kanada məhsullarının müəyyən kateqoriyalarına tətbiq edilən 50 faizlik ABŞ idxal tarifləri avqustun 22-dən qüvvəyə minib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki