image-atunelbackend

“Türk boğazı”ndan keçib “düşmən boğazı”nda qalacaq – Su altında 3 mərtəbəli tunel

image-reklam_sirab_01

Bosfor boğazının altına dünyada ilk dəfə üçmərtəbəli tunel çəkiləcək.

Bu barədə bazar günü İstanbulda keçirilən seçki mitinqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz hazırda Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk. Bu layihə Marmaray və Avrasiya tunellərindən sonra Bosforun altından keçəcək üçüncü tunel olacaq”, – Ərdoğan qeyd edib.

Türkiyə prezidentinin sözlərinə görə, bu layihənin həyata keçirilməsi sayəsində gündəlik 6,5 milyon vətəndaşın istifadə edəcəyi İstanbul nəqliyyat sistemində 11 müxtəlif dəmir yolu nəqliyyatı xətti birləşdiriləcək.

Plana görə, Böyük İstanbul Tuneli üç mərtəbəli olacaq ki, bu da onun dünyada ilk belə layihə olduğunu təsdiqləyir.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki