image-38backend

Türk lirəsinin ucuzlaşması yenidən antirekorda yaxınlaşıb

image-reklam_sirab_01

Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına qarşı ucuzlaşaraq tarixi minimuma yaxınlaşmaqda davam edir.

Vətəninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11.15-ə olan vəziyyətə görə Türkiyə valyutası 1% ucuzlaşıb və ABŞ dollarına nisbətdə 13,83 lirə səviyyəsində ticarət olunub.

Xatırladaq ki, ilin əvvəli ABŞ dollarına nisbətdə 7,4 lirə səviyyəsində ticarət olunan Türkiyə valyutası il ərzində, təxminən, 50% ucuzlaşaraq, 13,9 səviyyəsinə düşüb. Noyabrın 23-ü lirə daha 16% ucuzlaşıb. Bu, son 20 ilin ən kəskin qiymət enişidir. Buna səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki