image-99backend

Türkiyə sahillərindən Yunanıstana keçməyə cəhd edən miqrantlar yaxalanıb

image-reklam_sirab_01

Yunanıstanın Midilli adasına keçməyə çalışan 18 qeyri-qanuni miqrant Türkiyənin Balıkəsir vilayətinin Ayvalık qəsəbəsi sahillərində yaxalanıb.
Vətəninfo.az xəbər verir ki, Ayvalık sahillərində bir qrup miqrantın dənizdə hərəkətdə olduğunu öyrənən Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən bölgəyə “TCSG-907” Sahil Mühafizə qayığı cəlb olunub.

Mühacirlərin içində olduğu rezin qayığı dayandıran qruplar 18 qeyri-qanuni miqrantı yaxalayıb.

Cunda adasındakı Sahil Mühafizəsi Regional Komandanlığına gətirilən və humanitar yardımla təmin olunan miqrantlar barəsində hüquqi proses davam edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki