image-reklam-veteninfo
image-23b31253979bebb14dec84b3ec959977backend

Türkiyədə xarici elektromobillərə ŞOK QADAĞA – “Məxfi məlumatlar sızdırılır!”

image-reklam-veteninfo

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətləri – “Aselsan”, “Roketsan”, “Havelsan” və “TEI” xarici istehsal olan elektromobillərin müəssisə ərazilərinə girişini qadağan edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “TEI” şirkətinin baş direktoru Mahmut Faruk Akşit rəsmi açıqlama verib.

Qərarın qəbul edilməsinə səbəb xarici elektromobillərdə yerləşdirilən kamera və sensorlar vasitəsilə məxfi hərbi məlumatların toplanması və sızdırılması riskidir.

Akşit yerli istehsal olan nəqliyyat vasitələrindən istifadənin strateji əhəmiyyətini xüsusi vurğulayıb.

O bildirib ki, yerli avtomobillər proqram təminatı üzərində tam nəzarəti saxlamağa və olası müharibə şəraitində yarana biləcək təhlükəsizlik təhdidlərinin qarşısını almağa imkan verir.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki