image-gorusbackend

Türkiyədən təhsil üçün Azərbaycana gələn gənclərlə görüş keçirilib

image-reklam_sirab_01

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” və “Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliklərinin birgə təşkilatçılığı, “Davam” Gənclər Hərəkatının dəstəyi ilə ali təhsil almaq üçün qardaş ölkə Türkiyədən Azərbaycana gələn gənclərimizlə görüş keçirilib.

“Davam”-ın Bakı ofisində baş tutan görüşdə hərəkatın baş katibi Nigar Aslanova, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, “Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliyinin sədri Hakan Seyhan və 30-dan çox türk gənc iştirak edib.

Görüş zamanı “Davam”ın baş katibi Nigar Aslanova gənclərə hərəkatın məqsədi, fəaliyyət istiqamətləri və gördüyü işlər barəsində məlumat verib. İldönümünü yaşadığımız Zəfər savaşı ilə bağlı həyata keçirilən yerli və beynəlxalq layihələrdən danışıb.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili iki dövlət arasındakı yaxın münasibətlərdən bəhs edərək 44 günlük Vətən müharibəsi ərzində qardaş ölkə Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyindən söhbət açıb. Eyni zamanda bu iki dövlətin gəncliyinin aktiv birgə iş aparmalı olduğunu vurğulayıb.

“Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti” İctimai Birliyinin sədri Hakan Seyhan hər zaman gənclərin yanında olduqlarını bildirərək onlara təhsil həyatlarında uğurlar arzu edib.

Səmimi söhbət əsnasında gənclər özlərini təqdim edib, suallarını ünvanlayıb, Azərbaycanla bağlı öz təəssüratlarını bölüşüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki