image-62743988357da62743988357db165178407262743988357d762743988357d8backend

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib

image-reklam_sirab_01

UEFA Avropa Liqasında finalçılar bəlli olub.

Almaniyanın “Leyptsiq” klubu Şotlandiyada “Reyncers” klubu ilə qarşılaşıb.

Qlazqodakı “Aybroks” stadionunda oynanılan matç ev sahibinin 3 :1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 3 :2 “Reyncers”in xeyrinə olub.

Günün digər matçında İngiltərə “Vest Hem”i Almaniyada “Ayntraxt”la münasibətlərinə aydınlıq gətirib.

Oyun 1 :0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib.

Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq final qarşılaşmasında “Reyncers” – “Ayntraxt” klubları üz-üzə gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki