Ukraynanın hərbi cinayətlərdə ittiham etdiyi Venyamin Mazjerin Kemerovo vilayətində avtomobil partlayışı nəticəsində ölüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, polis polkovnik-leytenantı Mazjerin Kemerovo vilayətinin Rosqvardiya tabeçiliyindəki OMON “Obereq” xüsusi təyinatlı bölməsində xidmət edib.
Bildirilib ki, “Obereq” bölməsi Kiyev vilayətində törədilən hərbi cinayətlərdə iştirak edən” “Rosqvardiya”nın bölmələrindən biridir.
Hərbi Kəşfiyyatının məlumatında o da bildirilir ki, “Ukrayna xüsusi xidmətləri “Obereq”dən olan hərbi cinayətkarların şəxsiyyətini 2022-ci ilin aprel ayında müəyyən edib və həmin şəxslərin ədalətli şəkildə cəzalandırılması üçün tədbirlər planlaşdırıb”.


























