image-reklam-veteninfo
image-1backend

Ukrayna kəşfiyyatı “Su-57”nin sirrini açıqladı – İstehsalında 100-dən çox müəssisə iştirak edir

image-reklam-veteninfo

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya istehsalı olan “Su-57” qırıcılarının istehsal zənciri ilə bağlı yeni məlumatlar yayıb. Kəşfiyyatın açıqlamasına görə, çoxfunksiyalı “Su-57” döyüş təyyarələrinin istehsalında 103 müəssisədən ibarət geniş kooperasiya şəbəkəsi iştirak edir. Bu müəssisələrin təxminən üçdə biri isə hələ də sanksiya koalisiyasının məhdudiyyətlərinə düşmür.

Məlumatda bildirilir ki, bu vəziyyət həmin şirkətlərə xarici texnologiyalara və komponent bazasına çıxışı qoruyub saxlamağa imkan verir. Bu da Rusiyanın hərbi aviasiya sənayesinin inkişafı üçün mühüm amil kimi qiymətləndirilir.

Ukrayna kəşfiyyatı həmçinin “War&Sanctions” platformasının “Silah komponentləri” bölməsində “Su-57” istehsal zəncirinə dair interaktiv 3D model və geniş məlumat bazası yayımlayıb. Məqsəd Rusiyanın hərbi sənaye şəbəkəsinin strukturunu və təchizat zəncirini daha şəffaf şəkildə ortaya qoymaqdır.

Qeyd olunur ki, “Su-57” Rusiyanın beşinci nəsil döyüş təyyarəsi kimi təqdim olunur və ölkənin ən mühüm hərbi aviasiya layihələrindən biri hesab edilir.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki