image-reklam-veteninfo
image-1backend

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodunu VURDU

image-reklam-veteninfo

Ukrayna qüvvələrinin Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufaya pilotsuz uçuş aparatları ilə hücum etdiyi bildirilir. Hücum nəticəsində şəhərin şimalındakı sənaye zonasında yanğın baş verib.

“Astra” nəşrinin məlumatına görə, sentyabrın 21-də səhər saatlarında Ufanın şimalında partlayış səsləri eşidilib. Yerli mənbələr sənaye zonasında yanğın baş verdiyini bildiriblər.

“Aspect-Bashkortostan” teleqram kanalının məlumatına görə, hücumun ehtimal olunan hədəfi “Başneft-Novoil” neft emalı zavodu olub.

Müəssisənin illik emal gücü təxminən 7,3 milyon ton təşkil edir. “Başneft-Novoil”, “Başneft-Ufaneftekhim” və “Başneft-UNPZ” zavodları birlikdə Ufa neft emalı kompleksini formalaşdırır. Kompleksin ümumi illik emal gücü 23 milyon tondan artıqdır.

Hücum təhlükəsi ilə əlaqədar Başqırdıstanda PUA təhlükəsi barədə xəbərdarlıq edilib. Ufa hava limanında təyyarələrin uçuş və enişlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bölgədə mobil internetə də məhdudiyyətlərin qoyulduğu bildirilir. Yerli sakinlər şəhərin şimal hissəsində bir neçə partlayış səsi eşitdiklərini bildiriblər.

Rusiya Müdafiə Nazirliyi isə ölkənin müxtəlif bölgələri və Qara dəniz üzərində ümumilikdə 244 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

“Rosneft”in törəmə şirkəti olan “Başneft”in Ufadakı müəssisələri daha əvvəl də PUA hücumları ilə bağlı xəbərlərdə yer alıb.

Açıq mənbələrdə iyun, iyul və avqust aylarında Ufanın neft emalı müəssisələrinə hücumlar barədə məlumatlar yayılıb.

Başqırdıstan rəhbəri Radi Xabirov daha əvvəl respublikada PUA-larla mübarizə məqsədilə mobil atəş qruplarının yaradıldığını açıqlamışdı.

Hazırda Ufadakı son hücumun nəticəsində hansı obyektin zədələndiyi, istehsalın dayanıb-dayanmadığı və müəssisəyə dəymiş ziyanın həcmi barədə tam təsdiqlənmiş məlumat yoxdur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki