Ukrayna mayın 9-nu Qələbə günü deyil, Avropa Günü kimi qeyd edəcək.
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə 9 Mayın Qələbə Günü əvəzinə Avropa Günü elan edilməsi haqqında fərman imzalayıb.
Prezidentin bəyanatında qeyd edilir ki, Avropa Günü sabahdan etibarən hər il qeyd olunacaq və nasizmi məhv etmiş bütün avropalıların tarixi birliyinə həsr olunacaq.
“Bu, bizə bütün cəbhələrdə: silahla döyüş meydanında, diplomatik cəbhədə qətiyyətlə, raket terroruna qarşı, iqtisadiyyatda və hüquqi cəbhədə mübarizə aparmağa kömək edən Avropa Günü olacaq. Bu, bizim müttəfiqimiz olan Avropanın günü olacaq”, – Zelenski vurğulayıb.
Bundan əlavə, prezident bildirib ki, o, Ali Radaya 8 Mayın Anım və Nasizm üzərində Qələbə Günü kimi təsis edilməsi haqqında qanun layihəsi təqdim edib. Beləliklə, o, faşist Almaniyası üzərində qələbəni Qərbi Avropa modeli ilə qeyd etməyi təklif edib.publika