image-32backend

Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana 9 ayda 5 milyon dollarlıq məhsul ixrac olunub

image-reklam_sirab_01

“2021-ci ilin yanvar-sentyabr aylarında Vinnitsa vilayətinin 30-dan çox müəssisəsi məhsullarını Azərbaycana ixrac edib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın Vinnitsa vilayəti Administrasiyasnın rəhbəri (qubernator) Sergey Borzov bildirib.

O, qeyd edib ki, bu ilin ilk 9 ayında Vinnitsadan Azərbaycana təxminən 5 milyon ABŞ dolları həcmində məhsul ixrac olunub:

“Burada əsas yeri süd və süd məhsulları (24%), etil spirti (20%), ət və quru məhsullar (hər ikisi 16%), qara və qiymətli olmayan metallardan hazırlanan əşyalar (13,5%) tutub. Həmçinin dərman preparatları bazarı çox dinamik şəkildə inkişaf edir. Hazırda bu, 5 faizlik paya malikdir, amma gələcəkdə bu rəqəmin artacağını düşünürük. Eyni zamanda ağacdan hazırlanan məhsulların da payı 5%-ə qədərdir. Təəssüf ki, bu il vilayətimizə rəsmi surətdə Azərbaycandan heç bir mal daxil olmayıb. Qarşılıqlı marağımızın məhz bu istiqamətdə olduğunu düşünürəm. Çünki Vinnitsa vilayəti də keyfiyyətli Azərbaycan məhsullarının idxalında maraqlıdır. Müəssisələrimiz kifayət qədər böyükdürlər və hər bir məhsulu birbaşa Azərbaycandan özləri idxal edə bilərlər”, – deyə, o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki