Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə.
O sadə,o dahi, o müdrik insan
Bir ömür yaşadı günəşə bənzər.
Əsrlər keçsə də nuru tükənməz,
Yanar bir çıraqdır əbədi,sönməz
O sadə,o dahi,o müdrik insan
Bir ömür yaşadı min ömrə dəyər,
Könüllər fəth etdi,nurlu könüllər
O sadə,o dahi,o müdrik insan
Dünyaya səs saldı kamalıyla o,
Qaldı ürəklərdə kəlamıyla o
Yenidən doğuldu ölümüylə o
O sadə,o dahi,o müdrik insan
Ulu Öndərin əziz xatirəsinə həsr etdiyim bu misralar onun şəxsiyyətinə olan böyük hörmətin çox cüzi bir hissəsini ifadə edir.Çunki hələ neçə-neçə yüz illər onun haqqında danışılacaq,onun yolunu davam etdirən,onun müdrikliyindən bəhrələnənlər olacaq. Sadə bir zəhmətkeş ailəsindən çıxıb ən yüksək vəzifələrə qədər ucalan bu müdrik insan çox çətin,keşməkeşli həyat yolu keçərək ömrünün sonuna qədər xalqına,millətinə sadiq bir övlad oldu,xalqının,ölkəsinin xoş gələcəyi uğrunda bütün həyatını fəda etdi.
Ulu Öndər 1969-cu ildə pespublika rəhbərliyinə gələndən sonra həyatımızın,iqtisadiyyatımızın bütün sahələrində dirçəliş hiss olundu. Onun hərb sahəsində,ordu quruculuğundakı xidmətləri danılmazdır.
1971-ci ildə çox böyük zəhmət bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin -C.Naxçıvanski adına hərbi liseyin yaradilmasına nail oldu.
Heydər Əliyev 1970-1980-ci illərdə SSRİ-nin aparıcı ali hərbi məktəblərində milli-hərbi kadrların hazırlanması,yetişdirilməsi yolunda böyük əmək sərf edib. Onun təşəbbüsü ilə 1972-ci ildən etibarən hər il 300-400,sonralar 800-900 nəfər gənc tanınmış ali hərbi məktəblərə göndərilirdi.Sonradan Müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin həmin illərdə təhsil almağa göndərdiyi məzunlar idi.Azərbaycan Ali Hərbi məktəbinin 1-ci buraxılışına həsr olunmuş mərasimdə Heydər Əliyev deyirdi:”Sizin qarşınızda çox böyük vəzifələr durur.Siz bu illər aldığınız təhsili,qazandiğiniz təcrübəni gərək Azərbaycanın xidmət edəcəyiniz hərbi hissələrində səmərəli istifadə edəsiniz.1-ci siz gərək öz xidmətinizlə sübut edəsiniz ki,dörd il müddətində aldığınız təhsil həqiqətən Azərbaycan Ordusunun peşəkarlığını,səviyyəsini qaldırmaga xidmət edəcəkdir.
2-ci gərək hər bir hərbi hissədə əsgərlər üçün,zabitlər üçün nümunə olasınız.Çünki siz Azərbaycan Milli Ordusunun,Milli Hərbi Məktəbinin məzunlarısıniz. Bu, çox şerefli addır”
Mən bir faktı da qeyd etmək istəyirəm:1999/2000-ci illərdə Azərbaycan Tibb Universitetinin hərbi kafedrasi dəyişdirilərək Ulu Öndərin sərəncamı ilə Hərbi Tibb fakültəsinə çevrilmişdir. Göründüyü kimi,Ulu Öndər Azərbaycanı irəliyə aparmaq,inkişaf etdirmək yolunda var qüvvəsilə çalışmışdır. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi,yüksək təşəbbüskarlıği və işgüzar fəaliyyəti nəticədində Azərbaycanda xalq təhsilinin inkisafında da böyük dönüş yarandı.
Heydər Əliyevin təhsilin inkişafinda böyük xidmətlərindən biri də 1970/80- ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda,keçmiş SSRİ–nin 50-dən artıq böyük şəhərinin,170-dən çox ən məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı,elm,təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasına şərait yaratmasıdır. Həmin mütəxəssisləri Heydər Əliyev “Azərbaycanın milli sərvəti”kimi yüksək qiymətləndirmişdir.
Ulu Öndərin təhsilə,maarifə,müəllimə qayğısı bu sahədə görüləcək işləri istiqamətləndirmək və müntəzəm tədbirlər həyata keçirmək bir respublika rəhbəri kimi onun fəaliyyətində xüsusi əhəmiyyət kəsb etmişdir. O dəfələrlə orta məktəblərdə olmuş,pedaqoji kollektivlərlə,valideynlərlə görüşmüş,təlim-tərbiyə işinin yaxşılaşdırılmasi istiqamətində dəyərlı məsləhətlər vermiş,tövsiyələr etmişdir. Mən böyük fəxr hissilə deyə bilərəm ki,Ulu Öndər 2 dəfə mənim çalışdığım 54 saylı məktəbə gəlmiş,məktəb kollektivi ilə görüşmüş,öz dəyərli məsləhətlərini vermişdir. Hər dəfə də məktəbdən xoş təəssüratla ayrılmışdır:”Mən bildim ki,bura yaxşı məktəb olduğuna görə mənı bura gətiriblər”-deyərək gülümsəmişdir. İkinci dəfə gəlişi zamanı Ulu Öndər 54 saylı məktəbin respublikanın qabaqcıl məktəblərindən biri olduğunu söyləmişdir. Ulu Öndərin şəxsiyyəti və fəaliyyətinə maraq göstərdiyimə görə,mən məktəb kollektivinin həmin görüşlər barədə təssüratlarını soruşmuş və yaddaşıma həkk etmişəm. (Qeyd etmek istəyirəm ki,Ulu Öndərin gəlişi mənim çalışdığım ildən əvvəl olub)
Hal-hazırda təqaüddə olan,o zaman məktəbimizin kimya müəllimi Allahverdiyeva Səba müəllimənin dediklərindən:
“Mən dərsdə idim,Heydər Əliyev qapını döydü,”Müəllimə,olar?-dedi
Mən də:”Buyurun,buyurun”-dedim. Ulu Öndər sinfə daxil oldu,bizimlə hal-əhval etdi,ətrafa göz gəzdirdi:Hə,gözəl kimya kabinetiniz var-söylədi və uşaqlara yaxşi oxumaqlarını tövsiyə etdi…”
Daha bir misal:hal-hazırda təqaüddə olan,o zaman məktəbimizin biologiya müəllimi Bayramova İrfan müəllimənin xatirələrindən:
“Ulu Öndər məktəbin müəllimlər otağında bir saat bizimlə söhbət etdi.Biz şagirdlərimizin uğurlarından,göstərdikləri yüksək nəticələrdən,ali məktəblərə daxil olmalarından danışdıq.Ulu Öndər bizə diqqətlə qulaq asdı və sonra dedi:”Bu dedikləriniz çox yaxşıdı,deyin görüm,hərbi sahəyə gedən məzunların sayı nə qədərdır?”
Diqqətinizə çardirmaq istəyirəm ki,Ulu Öndərin məktəbimizə 2-ci gəlişi 1984 cü il oktyabrın 5-də baş tutmusdu,o zaman o,Moskvada yüksək vəzifədə çalişırdı,respublikaya hər dönüşündə yenidən digər sahələr kimi,təhsilimizi də diqqətdə saxladığını nümayiş etdirirdi. Ulu Öndər öz müəllimlərinə böyük hörmətlə yanaşırdı,O, müəllimi haqqında bele deyirdi: -Sevimli müəllimim Lətif Huseynzadə ilə görüş mənim üçün böyük sevinc idi.Mən onunla 1939-cu ildən ayrılmışdım.50 il sonra Naxçıvanda müəllim və şagird yenidən görüşdük.Biz uzaq 30-cu illəri xatırladıq.Lətif Hüseynzadə bir pedaqoq kimi mənə məsləhətlər verdi.O dedi:”Mənim əzizim Heydər! Sən burada düşmənlərimizin qarşısını almağa çalış,Naxçıvana təcavüz etməyə imkan vermə.1918-ci ildə onlar Naxçıvana basqın etmisdilər və əgər Türk ordusu buraya gəlməsəydi,Kazım Qarabəkir Paşanın ordusu Naxçıvana daxıl olmasaydı,bizim hamımızı qırardılar.Bu hadisə mənim gözlərim qarşısında baş vermişdir” . O vaxt mən ona belə cavab verdim:”–Mənim əziz müəllimim,mən böyük həyat yolu keçmişəm.Bu gün mən Naxçıvana gəlməyə məcbur olmuşam.lakin bununla yanaşı gəlmisəm ki,sizinlə,öz həmvətənlərimlə birlikdə olum və vətəni qoruyum.Qoruya bilsəm,qoruyacagam,yox,qoruya bilməsəm,onda hamımız birlikdə şəhid olarıq”.
Ulu Öndərin öz müəlliminə dediyi bu sözlər onun öz xalqına,vətəninə olan böyük sevgisinin,böyük məhəbbətinin ifadəsi idi.
Yaradan ona hər şey: fitri istedad, dərin düşüncə,sərrast müşahidə qabiliyyəti vermişdi. Bununla yanaşı,ona gözəl həyat yoldaşı-Zərifə xanımı bəxş etmişdi.Həyatının ən çətin məqamlarında ona arxa,dayaq,əsl sirdaş olan bir qadın – gözəl tərbiyəçi -Zərifə xanımı.
Bu gün onların hər ikisinin də ruhları şaddır: Böyütdükləri övlad Qalib Sərkərdə,Müzəffər Ali Baş Komandandır.
Bu gün torpaqlarımız azaddır, Bu gün Şuşamız azaddır!!!
Nəsimi rayonu A.Şaiq adına 54 sayılı orta məktəbin dil-ədəbiyyat müəllimi Hüseynova Rəfiqə