image-reklam-veteninfo
image-1backend

Ulduz futbolçu gənc yaşında  karyerasını başa vurur

image-reklam-veteninfo

Fransa millisinin sabiq müdafiəçisi Samuyel Umtiti 31 yaşında peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşır. Vətəninfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təcrübəli mərkəz müdafiəçisi 2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olub. Klub səviyyəsində isə “Barselona” ilə iki dəfə La Liqa çempionluğu yaşayıb.

Lakin son illərdə Umtitinin sağlamlıq durumu onun karyerasına ciddi təsir göstərib. Artıq yüksək səviyyədə çıxış etmək imkanına malik deyil.

2024-cü ildə “Lill” klubunun heyətində yalnız bir oyunda iştirak edən Umtiti, fevral və avqust aylarında iki dəfə dizindən əməliyyat olunub.

Qeyd edək ki, Fransa yığması 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Ukraynanın ilk rəqibidir. Görüş 5 sentyabr tarixində Polşanın Vroçlav şəhərində baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki