image-1backend

UNİCEF:”Nigeriyada təxminən 4,9 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) Nigeriyada təxminən 4,9 milyon uşağın təcili humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.

UNICEF-in yayımladığı hesabatda Nigeriya əhalisinin təxminən yarısını təşkil edən 110 milyon uşağın yarısının (55 milyon) yoxsulluq içində yaşadığı bildirilir. Hesabatda qeyd olunub ki, ölkədə təxminən 4,9 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var.

Hesabatda həmçinin, 2,1 milyon uşağın peyvənd olunmadığı, insanların demək olar ki, 70 faizinin təhlükəsiz içməli suya çıxışı olmadığı və 5 yaşa qədər uşaqların 40 faizinin boylarının qısa olduğu vurğulanır.

UNICEF-in Nigeriya Nümayəndəsi Kristian Munduate hesabatla bağlı verdiyi açıqlamada deyib: “Nigeriyanın rifahı uşaqlarla başlamalıdır. Resurslarımızın ən müdafiəsiz uşaqlara çatmasını təmin etmək üçün birlikdə çalışmalıyıq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image