Ötən ilin dekabrın 31-i Şəmkir rayonunun Mahmudlu kəndində itkin düşən və bu gün tapılaraq ata evinə təhvil verilən 24 yaşlı Gülbəsti Qurbanova yaşadıqlarını danışıb.
Veteninfo.az xəbər verir ki, bu barədə “Unikal”a açıqlama verən G.Qurbanova bildirib ki, gəlin köçdüyü evdən qaçmağının səbəbi mütamadi olaraq şiddətə məruz qalmasıdır:
“Uşağım olmurdu deyə başıma vururdular. Yoldaşım tez-tez məni döyürdü. Həkimə, dərmana nə xərc çəkirdilər məni danlamağa başlayırdılar. Maddi kömək üçün atama, qardaşıma deməmi istəyirdilər. Həkimə gedib-gələndən sonra söz söhbət yaranırdı”.
Gülbəsti Musayeva əri evi tərəfinin evdən qızıl və təxminən 700 manata yaxın pul oğurlaması məsələsinə də münasibət bildirib. Qadının sözlərinə görə, gedərkən evdən qızılları aparıb, lakin pul götürməyib:
“Evdən özümə məxsus qızıllarım, əl çatnam və gödəkçəmdən başqa heçnə götürməmişəm. Ərim evinin yığdığı pulun miqadarını belə mən bilmirəm. Çünki o pulları qaynanamın özü saxlayıb ki, yığılan pul qaynım Tağınındır və o sürücülük vəsiqəsi alacaq. Pul məsələsi yalandır, evdən çıxmağıma görə şər atırlar”
Gülbəsti Musayeva 31 dekabr 2021-ci il tarixdə hara və kimlə getməsini də danışıb. Qadının sözlərinə görə, o Şirvan şəhərinə 5-ilə yaxın tanıdığı Valeh adlı oğlanla gedib və onunla orada qalıb:
“Mən hara gəlmək lazım olduğunu başa saldım. Taksi ilə Valeh də gəlmişdi. Biz Şirvan şəhərinə getdik. Qızıllarımı min manata satdım, özümə paltar aldım. Daha sonra fotolarımı saytlarda gördüm və polisə zəng etdim ki, sağam. Polislər gəlib Şirvan şəhərindən götürün ata evimə gətirdilər. Mən ərimlə yola getməyəcəyimi, onunla yaşaya bilməyəcəyimi atama və yaxınlarıma hələ 3 il bundan öncə, nişanlı olanda demişdim. Amma atam nişanı qaytarmadı”
Qeyd edək ki, Gülbəsti Qurbanova 1 ildən artıq idi Mahmudlu kənd sakini Mahir Musayev adlı şəxslə ailəli olub. Bu cütlüyün rəsmi kəbini olmayıb.