image-reklam-veteninfo
image-a9802145-3262-3492-bc6b-48420c62bcf3_850backend

ÜST: Əfqanıstanda qızılcaya yoluxma halları kəskin artıb

image-reklam-veteninfo

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda qızılcaya yoluxma hallarının kəskin artması ilə bağlı narahatlığını ifadə edib.

Təşkilatın sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, 24-30 yanvar həftəsi ərzində ölkədə bu xəstəliyə yoluxma və ölüm halları 18%, yanvarın 31-dən fevralın 6-dək isə 40% artıb.

“Qızılca Əfqanıstanda endemikdir. 2019 və 2020-ci illərdə xəstəliyin aşağı yayılma dövründən sonra 2021-ci ilin iyul ayının sonundan etibarən bütün əyalətlərdə qızılcaya yoluxma hallarının sayı artıb. Eyni zamanda, ən yüksək göstəricilər son dörd həftədə qeydə alınıb”, – Lindmayer deyib.

Xəstələrin 91%-i və ölənlərin 97%-i 5 yaşa qədər uşaqlardır. Ölənlərin sayı nisbətən az olsa da, 2022-ci ilin yanvar ayında yoluxmanın artması ölüm sayının yüksələcəyini göstərir.

ÜST rəsmisi qeyd edib ki, bu cür artım Əfqanıstanda qida çatışmazlığının həddən artıq yüksək olması baxımından xüsusi narahatlıq doğurur.

2021-ci ilin dekabrında Əfqanıstanda peyvənd kampaniyası aparılıb və bu kampaniya zamanı ən çox zərər çəkmiş əyalətlərdə 1,5 milyon uşaq qızılcaya qarşı peyvənd edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki