image-2021-10-26-2backend

Vətən Müharibəsi şəhidlərinin anım günləri Nərimanov rayonunda qeyd edildi

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımız, Nərimanov rayon sakinləri Şirəli Adilov və Şəhriyar Qasımovun anım günləri qeyd olunub.

İlk öncə Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə onların məzarlarını ziyarət etmişdirlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaətə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Şəhid Şirəli Adilov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Şəhid Şəhriyar Qasımov isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib, adlarına ehsan verilib, onların ruhuna dualar oxunub.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Daha sonra Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev öz çıxışında vurğulamışdır ki, döyüşlərin getdiyi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Digər çıxışçılar da öz növbəsində dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.

Şəhid valideyinləri isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını bildirmişlər.

image-2021-10-26-2 image-2021-10-26-1 image-2021-10-26-3 image-2021-10-26-4 image-2021-10-26-6 image-2021-10-26-5 image-2021-10-26-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki