image-368018078_595252939479699_5217959756410713764_nbackend

Xameneyidən İDDİA: “SEPAH dünyanın ən böyük terrorla mübarizə təşkilatıdır” 

image-reklam_sirab_01

Vətəninfo.az “Fars News” agentliyinə istinadən xəbər verir ki, İranın ali dini lideri Əli Xameneyi SEPAH komandirləri ilə görüşdə iddia edib:
“İslam İnqilabının Keşikçiləri Korpusu dünyanın ən böyük antiterror təşkilatıdır”.
Onun sözlərinə görə, düşmən ölkələrin əsas fəaliyyətlərindən biri bu sözdə “antiterror” təşkilatının imicini təhrif etməkdir.

Qeyd edək ki, bir sıra Avropa ölkələri SEPAH-ı terror təşkilatı kimi tanıyır. Bu isə səbəbsiz deyil. Çünki İranda təkcə ötən ilin sentyabr ayında başlayan etirazlar zamanı SEPAH 64-ü uşaq olmaqla, 500 insanın həyatına son qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki