Veteninfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya martın əvvəlinə qədər fasilələrlə Kuril adalarında hərbi təlimlər keçirəcəyini açıqlayan Rusiyaya etiraz notası verib. Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu mətbuat konfransında Rusiyanın Yaponiyanın şimalındakı adalarda keçirəcəyi təlim planına qarşı çıxıb. Kuril bölgəsinin ən cənub hissəsi olan Kunasiri adasının cənub-şərqində planlaşdırılan təlimlər barədə Matsuno: “Rusiyanın 4 şimal adasında daha çox silahlanması Yaponiyanın mövqeyi ilə ziddiyyət təşkil edir və qəbuledilməzdir”-deyə bildirib.
Turqay Musayev


























