Yaponiyanın Çiba əyalətində fermada quş qripi aşkarlanıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Dövlət Qubernatorluğu məlumat yayıb.
Açıqlamaya görə, xəstəliyin aşkarlanmasından sonra 1000-ə yaxın toyuqun məhv edildiyini bildirib.
Həmçinin Çibanın Sosa rayonundakı toyuq fermasında bir çox ördəkdə də yüksək səviyyədə yoluxucu quş qripi aşkar edilib.
Ətraf rayonlara ördək balası və təsərrüfatda istehsal olunan ərzaq məhsullarının daşınması iki həftə dayandırılıb.


























