image-16424935631085522664_1000x669backend

Yerin yaxınlığından asteroid keçəcək

image-reklam_sirab_01

Bu gün axşam saatlarında (21.51 UTC) Yerdən təxminən 2 milyon kilometr məsafədən “7482” (1994 PC1) asteroidi keçəcək. Bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür.

Bu barədə Veteninfo.az-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, diametri 1 kilometrdən böyük olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanıb. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.

“7482” asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid yanvarın 19-da Bakı vaxtı ilə saat 01.51-də Yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.

Qeyd edək ki, Yerə 48 milyon kilometrdən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki